ERC Distribution Azerbaijan haqqında

Əsas ERC Distribution Azerbaijan haqqında
 

ERC (Enhanced Resource Company), 1995-ci ildə qurulmuş, baş qərargahı Avstriyada yerləşən beynəlxalq holdinqin üzvüdür. Şirkət distribusiya sahəsində fəaliyyət göstərir və məişət malları, kompüter texnikası, sənaye və digər növ avadanlıqlar, həmçinin onlara aid aksesuarlar kimi məhsul xətlərini təmsil edir.

Şirkət fəaliyyətinin ilk ilindən yüksək iş standartları müəyyən etmişdir, bu da şirkətin uğur əldə etməsinə gətirib çıxarmışdır. Şirkət indiyə kimi distribütorluq bazarında öz liderlik mövqeyini qoruyub saxlayır.

ERC, beynəlxalq holdinqin tərkibində olaraq, regionun ən uğurlu şirkətlərindən biridir. Şirkətin infrastrukturu müasir ofis, logistika mərkəzi, xidmət mərkəzini əhatə edir və çox əlverişli coğrafi mövqedə yerləşir.

ERC Distribution kompüter avadanlığı, proqram təminatı, məişət texnikası, uşaqlar üçün oyuncaqlar və mallar kimi müxtəlif sahələri əhatə edir. Şirkət tərəfdaşlarına həm ofis, həm də məişət texnikası təklif edir.

ERC Holding, Avstriyada yerləşən holdinq şirkəti və İsveçrədə fəaliyyət göstərən operativ şirkəti ilə birlikdə, dünyanın bir çox ölkəsində uğurlu və inkişaf edən müəssisələrə malikdir.

2020-ci ilin sentyabr ayında ERC Distribution Azerbaijan ofisi açıldı. Hazırda şirkət Azərbaycanda informasiya texnalogiyaları, məişət texnikası, elektronika, və oyuncaq kateqoiyasında 100-dən çox brendlə təmsil edilir. Şirkətin bütün ölkədə 200-dən çox tərəfdaşı vardır və onların sayı durmadan artır.

ERC fəaliyyətinin əsas profili tərəfdaş şirkət və təşkilatlarla işdir. Şirkətin tərəfdaşları pərakəndə satış şəbəkələri, ayrı – ayrı kiçik və ya böyük mağazalar, internet – mağazalar, topdansatış mağazaları, sistem inteqratorları və bir çox digər şirkətlərdir. ERC üçün əsas dəyərlər effektiv əməkdaşlıq, tərəfdaşlarla sıx münasibətlər, inkişafa istiqamətlənmə, əks əlaqənin dəstəklənməsi və ona istiqamətlənməkdir. Məsləhətlər, təcrübə mübadiləsi, təlim sistemlərinin işlənib hazırlanması və tətbiqi onun əsas iş strategiyasıdır.

Holdinqin özü kimi ERC Distribution Azerbaijan da həm məşhur brendlərlə, həm də yeni gənc şirkətlərlə uzun müddətli tərəfdaşlıq münasibətlərinin qurulmasına və inkişafına can atır.

ERC Distribution Azerbaijan Bakıda yerləşir.

Menyu
Malların kataloqu
Malların kataloqu