Ofisdə hər gün böyük həcmdə sənədlərlə işlənildikdə çap keyfiyyəti, emal sürəti və informasiya təhlükəsizliyi həlledici amillərə çevrilir. Xerox tərəfindən təqdim olunan SRA3 formatlı tam rəngli lazer çoxfunksiyalı qurğu (MFP) Lexmark CX950SE bu tələblərin əlavə deyil, əsas sayıldığı korporativ mühitlər üçün hazırlanıb.
Qurğu dəqiqədə 25 səhifəyədək çap, dəqiqədə 200 təsvirədək ikitərəfli skan etmə imkanı yaradır. Eyni zamanda CX950SE uzunmüddətli ilkin hazırlıq tələb etmir: kartriclər əvvəlcədən quraşdırılıb, Wi-Fi aktivdir, əsas parametrlər işə başlamazdan əvvəl tənzimlənib.
CX950SE-nin konstruksiyası Lexmark-ın mühəndislik həllərinə əsaslanır. Metal korpus, modul arxitektura və əsas komponentlərin 7 ilədək istismar üçün hesablanmış resursu qurğunun yüksək yüklənmə altında stabil işləməsini təmin edir. Bu aparat xüsusiyyətləri Xerox-un rəqəmsal servisləri və korporativ məlumat mühafizəsi mexanizmləri ilə tamamlanır.
Qurğu ofisin iş zonalarında yerləşdirmə üçün uyğundur. Səs səviyyəsi 42 dB-dən yuxarı qalxmır, idarəetmə jest dəstəkli 10,1″ sensor displey vasitəsilə həyata keçirilir, daxili elementlərin rəngli işarələnməsi isə texniki xidməti asanlaşdırır və İT-mütəxəssislərin cəlb edilməsinə ehtiyacı azaldır.
Korporativ təhlükəsizlik kompleks şəkildə təmin olunur: aparat səviyyəsində şifrələnmiş SSD yaddaş, TPM çipi, Elatec kartlarının dəstəyi və Xerox Workplace Cloud platforması ilə tam inteqrasiya girişin və məlumatların qorunmasına nəzarət etməyə imkan verir.
|
İş proseslərinə sürətli inteqrasiya |
Kartriclər, fyuzer və Wi-Fi zavodda quraşdırılıb. Mürəkkəb quraşdırma tələb olunmur. Şəbəkə parametrləri ofis infrastrukturuna avtomatik uyğunlaşır. Yeni ofislərin açılışı və köçürülmə zamanı rahatdır. |
|
Sənədlərin yüksək sürətlə emalı |
Təkkeçidli avtopodavşik 200 təsvir/dəq-dək skan etmə təmin edir. Çap sürəti 25 səh./dəq-dəkdir. Çap, kopyalama və skan paralel işləyir. Yüksək yüklənmədə növbələr və gecikmələr azalır. |
|
Gündəlik istismar üçün etibarlı konstruksiya |
Metal komponentlər və sənaye səviyyəli icra. Fotobarabanların resursu 250 min, fyuzerin resursu 400 min səhifəyədək. Modul arxitektura servisi asanlaşdırır və dayanma müddətini azaldır. Soyutma sistemi daimi yüklər üçün optimallaşdırılıb. |
|
Korporativ məlumat təhlükəsizliyi |
Aparat səviyyəsində şifrələnmiş SSD. Etibarın aparat əsasını təşkil edən TPM çipi. Elatec kartları, PIN, QR-kodlar və Workplace Cloud vasitəsilə autentifikasiya. Maliyyə, hüquq və dövlət sektorlarının tələblərinə uyğunluq. |
|
Ofisdə rahat yerləşdirmə |
42 dB-dən aşağı səs səviyyəsi — SRA3 MFP sinfində ən aşağı göstəricilərdən biri. İş yerlərinin yaxınlığında quraşdırma mümkündür. |
|
Asan istismar və özünəxidmət |
Daxili hissələrin rəngli işarələnməsi və ekranda göstərişlər. Sərf materiallarının bir əllə dəyişdirilməsi. İstifadəçi səhvlərinin minimuma endirilməsi. Servis və İT şöbələrinin yükünün azalması. |
|
Ofis daxilində poliqrafiya səviyyəsində çap |
300 q/m²-dək daşıyıcıların dəstəyi. SRA3 və 12×18″ formatları, banner çapı. PANTONE dəstəyi ilə yüksək rəng dəqiqliyi. Opsional finişerlər: qatlama, perforasiya, broşürləmə. |
|
Səmərəli ümumi sahibolma dəyəri (TCO) |
Yüksək resurslu sərf materialları çapın maya dəyərini azaldır. Metal komponentlər daha uzunömürlüdür. Enerji-səmərəli rejimlər və ağıllı oyanma. Rəqiblərin ofis A3 həlləri ilə müqayisədə TCO 20–30% aşağıdır. |
|
Xerox ekosisteminə inteqrasiya |
Avtomatlaşdırma, tərcümə və tanıma üçün Workflow Central. OneDrive, Google Drive və Dropbox ilə inteqrasiya. Workplace Cloud — təhlükəsizlik, pull-print və analitika. |
Xerox-dan Lexmark CX950SE sənədlərlə dəqiq, stabil və nəzarət olunan işləməyə yönəlmiş korporativ MFP-dir. Yüksək emal sürəti, məlumatların qorunması və ofis daxilində poliqrafiya səviyyəsində çap tələb edən qurumlar üçün optimal həlldir. Yüksək TCO tələbləri, standartlaşdırma və 24/7 stabil iş rejimi olan korporativ infrastruktur üçün balanslaşdırılmış seçimdir.