ERC Distribution Azerbaijan «COMMVAULT & H3C İLƏ BAKI PARTNER DAY» tədbiri keçirilmişdir

Əsas Xəbərlər ERC Distribution Azerbaijan «COMMVAULT & H3C İLƏ BAKI PARTNER DAY» tədbiri keçirilmişdir
24.11.2023

16 noyabr tarixində ERC Distribution Azerbaijan «COMMVAULT & H3C İLƏ BAKI PARTNER DAY» tədbiri keçirilmişdir.

Bu görüş zamanı, sahənin aparıcı şirkətləri olan  Commvault və H3C tərəfindən İT sahəsində qabaqcıl həllər, etibarlı İT infrastrukturunun qurulması və məlumat təhlükəsizliyi mövzularında məruzələr edilmişdir.

Tədbirdəki hər bir iştirakçı məlumat təhlükəsizliyi sahəsində tanınmış Commvault şirkətinin məhsulları ilə yaxından tanış olmaq inkanını əldə etmişdir.

H3C komandası, öz növbəsində  bu biznesi daha rəqabətli və çevik edə biləcək, şəbəkə avadanlığı, bulud xidmətləri və server həlləri haqqında danışdı.

Tədbir iştirakçıları hər iki şirkətin peşəkarları ilə birbaşa ünsiyyət qurmaq üçün unikal imkan əldə etdilər ki, bu da onlara məhsulları, texnologiyaları daha yaxşı başa düşməyə və potensial əməkdaşlıq yollarını və təklif olunan həllərin biznes proseslərinə inteqrasiyasını müzakirə etməyə kömək etdi.

Bütün qonaqlara fəal iştiraklarına görə təşəkkür edirik və növbəti tədbirlərimizdə səbirsizliklə gözləyirik!

Menyu
Malların kataloqu
Malların kataloqu