Yeni kreslolar 2Е Gaming: ruh yüsəkliyi ilə və yorulmadan oyun, dərs və iş üçün

Əsas Xəbərlər Yeni kreslolar 2Е Gaming: ruh yüsəkliyi ilə və yorulmadan oyun, dərs və iş üçün
26.04.2022

2Е Gaming oyun kreslolarının beş yeni seriyası bütün yaşlarda, müxtəlif zövqlü və oyun aksessuarlarına tələbləri olan ən tələbkar oyunçuları məmnun etməyə qadirdir. Seriyalar müxtəlif konstruksiya və dizayner xüsusiyyətlərinə malikdir, lakin onlar istifadəçinin belini effektiv şəkildə saxlayır və uzun müddət oyun və ya kompüter arxasında iş zamanı yorğunluğu əhəmiyyətli dərəcədə azaldır.

Seriyalar BASAN, BUSHIDO, HEBI, HIBAGON, OGAMA adını daşıyır. İstifadəçinin kreslonu öz altında maksimum dərəcədə tənzimləyə bilməsi üçün bütün seriyalarda (HEBI seriyasından başqa, burada belin mailliyi yoxdur) maillik bucağını 90˚-dən  180˚ qədər tənzimləmək olar, kreslolar 4-cü sinif gücləndiirlmiş qaz lifti ilə, dirsəkaltı və bel və boyun üçün anatomik  yastıqlarla tənzimlənən “kəpənək” yellənmə mexanizmi ilə təchiz edilmişdir  (HEBI seriyasından başqa).

Ekoloji dəridən olan üzlüyə qulluq etmək çox asandır, o havanı buraxır və istiliyi keçirir. Demək olar ki, bütün yeni kreslolar bu xüsusiyyətlə təchiz edilmişdir. Təkcə BUSHIDO Grey modeli daha təbii hisslər həvəslarları üçün  tamamilə parça üzlüklə fərqlənir.

Bütün kreslolar yüksək sıxlıqlı köpükdən olan aşqarla – istifadəçinin bədənini daha optimal və keyfiyyətli şəkildə saxlamağa, ona uyğunlaşmağa, bükükləri “yadda saxlamağa” və eyni zamanda hava keçirməyə qadir olan materialla təchiz edilmişdir.

Xüsusiyyətlərə gəldikdə isə, BASAN seriyasında oyun funksionalı ilə qara rəngli nəfis klassik dizaynın keyfiyyətli birləşməsini qeyd etmək lazımdır. Bu kreslonun üzlüyü yüksək keyfiyyətli ekoloji dəridən yerinə yetirilmişdir və oturacaq və bel sahəsində havanın daha yaxşı dövr etməsi üçün dəlikli haşiyələrə malikdir.

BUSHIDO seriyası – bütün zövqlərə uyğun dörd üslubda, təkrarolunmaz dizayndır: qara, qara ilə qırmızı, qara ilə ağ və zərif boz rəngdə. 

Əsasında metal çarpaz və neylon ipli polad gövdə olan digər seriyalardan olan kreslolardan fərqli olaraq HEBI seriyasında (iki model: qara ilə yaşıl və qara ilə ağ) çarpaz gücləndiirlmiş plastikdən hazırlanmışdır. Bu onunla şərtləndirilmişdir ki, kreslo 100 kq qədər çəkidə yeniyetmələrə uyğunlaşdırılmışdır. Buna görə də o kifayət qədər möhkəmdir, lakin eyni zamanda tineycerlərin asanlıqla istifadə etməsi üçün yüngüldür.

HIBAGON kresloları erqonomik dizaynla (iki model: qara ilə qırmızı və kamuflyaj edilmiş) və dirsəkaltıların 3D-tənzimlənməsi ilə fərqlənir.

Ən parlaq seriya OGAMA seriyasıdır, çünki bu kreslolar Uİ pultunun köməyi ilə effektlərin fərdi sazlanam imkanı ilə RGB-alt işıqlandırma ilə təchiz edilmişdir. Kreslonu elektrik şəbəkəsinə birləşdirməyə ehtiyac yoxdur, doldurulmuş batareyanı xüsusi cibə yerləşdirmək kifayət edir ki, işıq oyunundan həzz ala biləsiniz. 

Menyu
Malların kataloqu
Malların kataloqu