Razer: oyun üçün məhsul çeşidinin yeni dövrü

Əsas Xəbərlər Razer: oyun üçün məhsul çeşidinin yeni dövrü
26.04.2022

Peşəkar oyun avadanlıqlarının dünya üzrə aparıcı brendi olan Razer Azərbaycan bazarında öz iştirakını genişləndirir və əsil kiberidmançılar üçün öz məhsul çeşidini təqdim edir.

Razer şirkəti haqqında

Razer şirkəti 2005-ci ildə Kaliforniya ştatının San Dieqo şəhərində təsis edilib və baş ofisi İrvine və Sinqapurda yerləşir, eləcə də planetin müxtəlif nöqtələrində 16 ofisi var. 

Yeri gəlmişkən, üç başlı ilan şəklində olan Razer loqotipi oyunçular arasında ən məşhur simvollardan biridir. Şirkət peşəkar oyun avadanlığı (o cümlədən siçanlar, siçan altlıqları, klaviaturalar, qulaqlıqlar, oyun sistemləri), proqram təminatı, həmçinin kiberidmançılarlara yönəlmiş xidmətləri özündə birləşdirən dünyanın ən böyük ekosistemini işləyib hazırlamış və yaratmışdır.

Beləliklə, biz Razer-dən təkcə kiberidman həvəskarlarını deyil, həm də sadə istifadəçiləri təəccübləndirəcək keyfiyyətlərə sahib olan məhsullar seçimini diqqətinizə çatdırırıq. 

 

Razer Viper 8KHz oyun siçanı

Maksimum sürət üçün 8000 Hz səsvermə tezliyi ilə kiberidman üçün oyun siçanı olan RazerViper 8KHz ilə mütləq nəzarətin növbəti səviyyəsinə nail olun.  Bu manipulyatorun bir xüsusiyyəti də ondan ibarətdir ki, o, ikinci nəsil Razer optik açarları və yaxşılaşdırılmış toxunma geri əlaqə ilə təkmilləşdirilmişdir. RazerViper 8KHz simmetrik forma faktoru həm sağ, həm də sol əlli istifadəçilərə siçandan istifadə etməyə imkan verir. 71 qramlıq super yüngül çəki isə bu siçanı struktur gücünə xələl gətirmədən ultra yüngül oyun siçanları səviyyəsinə çatdırır. 

 

RazerAtheris simsiz siçanı

RazerAtheris simsiz Siçan həm ofis işi, həm də oyun üçün optimallaşdırılıb. Bu siçan sənayedə qabaqcıl siqnal gücü, iki müxtəlif simsiz protokol qoşulması imkanına  və 300 saatdan çox fasiləsiz iş xüsusiyyətlərinə malikdir. Yeri gəlmişkən, bütün bu xüsusiyyətlər səmərəlilik və məhsuldarlığa yönəlmiş yığcam və erqonomik bir korpusda birləşdirilmişdir.

 

Razer Mouse Bungee V3 Black kabel saxlayıcı

RazerMouseBungee V3 sizə kabelin əyilməsini aradan qaldırmağa və siçanın rəvan, fasiləsiz hərəkətlərindən həzz almağa kömək edəcək. RazerMouseBungee V3-dəki kabel qoruyucu rezinlə təchiz edilmişdir və əksər rezin, hörülmüş və paracord siçan kabellərinə uyğun gəlir. Yaylı qol kabeli siçan səthindən yuxarı qaldırarkən siçanı maneəsiz hərəkət etdirməyə imkan verir. RazerMouseBungee V3 Chroma həmçinin gərgin oyun prosesi zamanı yerində və şaquli vəziyyətdə qalmasını təmin edən rezinləşdirilmiş, sürüşməyən üzlüklü ağırlaşdırılmış bazaya malikdir. 

 

RazerOrnata V2 oyun klaviaturası

Membran açarların və mexaniki açarların üstünlüklərini vahid konstruksiyada birləşdirən hibrid açarlarla RazerOrnata V2 ilə hər iki dünyanın ən yaxşısını hiss edin. Bundan əlavə, RazerOrnata V2 idarəetmə elementləri əlavə edilmişdir, onları pauza, əks etdirmə, buraxılış və digər funksiyalara sazlamaq olar: əyləncə zamanı parlaqlığın idarə edilməsindən tutmuş səs səviyyəsinə nəzarətə qədər. 16,8 milyondan çox rəng və effekt komplekti olan RazerOrnata V2 oyun klaviaturası nəinki zəngin fərdi sazlama imkanına malikdir, həm də daxili Chroma alt işqlandırma  dəstəyi ilə oyuna daha dərindən daxil olmanı təmin edir. Gərgin və uzunmüddətli oyunlar zamanı rahatlıq, klaviaturaya maqnitlə yapışan və biləklərdə təzyiqi azaltmaq üçün mükəmməl şəkildə düzülmüş yumşaq, elastik süni dəri dayaq ilə təmin edilir.

 

RazerKraken qulaqlıqları

RazerKraken qulaqlıqları başınızda qulaqlıqların olduğunu hiss etmədən oyuna tam daxil olmaq imkanı vermək üçün xüsusi olaraq hazırlanmışdır. Bu qulaqlıqlar çox yüngüldür, çəkisi cəmi 250 qr. Onlar həmçinin 7.1 surroundsound virtual surround həcmli səsin yaradılması üçün  proqramla birlikdə istifadə edilə bilər (yalnız Windows 10 64-bit üçün mövcuddur), bu da oyun zamanı dəqiq səs yerləşdirməyə nail olmağa imkan verir - vaxtında atışmaya qoşulmaq üçün düşmənin aktiv olduğu istiqaməti qulaqla müəyyən edə bilərsiniz. İncə tənzimlənmiş 40 mm-lik dinamikaları ilə RazerKraken qulaqlıqları topların gurultulu partlayışlarından gizli əməliyyatlarda xüsusi təyinatlıların təqib edilən addımlarına qədər aydın və balanslaşdırılmış səsi təkrarlayır.

 

RazerRaijuTournamentEdition kontrolleri

RaijuTournamentEdition gamepad həm Bluetooth protokolu ilə simsiz, həm də simli qoşulma imkanı olan kontrollerdir.  Evdə və ya dostlarınızla tam simsiz oyun zərbəstliyindən həzz alın və ya maksimum etibarlı əlaqəni təmin etmək üçün yarış zamanı simli rejimdən istifadə edin. Gamepad-in mexaniki-toxunma hərəkəti düymələri yumşaqlıq və elastikliyin unikal birləşməsini dəqiq, toxunma əks əlaqə ilə təmin edir. Raiju Tournament Edition gamepad həm də 4 dəyişdirilə bilən çoxfunksiyalı düymə və sürətli atışma üçün ani işləmə rejimi ilə sizə tam nəzarət imkanı verir. Optimal effektivlik üçün yenidən cütləşdirmə ehtiyacı olmadan 3 qoşulma rejimi arasında keçid: PS4, USB və PC. 

Nəşrdən mallar
malın kodu: RZ01-02170100-R3G1
115 AZN*
mövcuddur
 
Optimized for both work and play, the Razer Atheris is packed with features such as industry-leading signal stability, dual-connectivity, and over 300 hours of continuous use*, all in a pocket-sized ergonomic body, focused on delivering performance and productivity. Battery life may vary based on connection type.
malın kodu: RZ03-03380700-R3R1
249 AZN*
mövcuddur
 
Experience the best of both worlds with the Razer Ornata V2 - with hybrid switches that combine the benefits of membrane keys and mechanical switches into a common design.
malın kodu: RC21-01560100-R3M1
44 AZN*
mövcuddur
 
Eliminate cable drag and enjoy smooth, uninterrupted mouse movements with the Razer Mouse Bungee V3. The cable catch on the Razer Mouse Bungee V3 is rubber coated and made to fit most rubber, braided, and paracord mouse cables. The spring arm allows for unhindered mouse movement by keeping the cable elevated from your mouse surface. The Razer Mouse Bungee V3 has a weighted, rubber-grip base to ensure it stays in place and upright during intense, hectic gameplay. This product is a variant with Razer Chroma™ RGB.
malın kodu: RZ04-02890200-R3M1
139 AZN*
mövcud deyil
 
What if we told you it’s possible to experience complete gaming immersion without feeling like you’ve got a headset on? Enter the Razer Kraken X for Console. Ultra-light at just 250g and ultra-immersive with 7.1 surround sound. Sit tight and play for hours—your gaming marathons are about to be a breeze.
malın kodu: RZ06-02610400-R3G1
mövcud deyil
 
The Razer Raiju Tournament Edition is the first Bluetooth and wired controller to have a mobile configuration app, enabling control from remapping multi-function buttons to adjusting sensitivity clutch options. Mecha-Tactile Action Buttons provide a soft cushioned touch with crisp tactile feedback. The Raiju Tournament Edition also delivers total control with 4 remappable multi-function buttons and Hair Trigger Mode for quick-firing action. Switch between 3 connectivity modes: PS4, USB and PC without manual re-pairing for optimal efficiency.
malın kodu: RZ01-03580100-R3M1
mövcud deyil
 
Achieve a new level of absolute control with the Razer Viper 8KHz, an eSports gaming mouse with 8000Hz polling rate for max. speed. One more stunning feature of this manipulator is that it is provided with second-generation Razer optical switches, with improved tactile feedback.
Menyu
Malların kataloqu
Malların kataloqu