Xtrfy: Peşəkarcasına döyüş

Əsas Xəbərlər Xtrfy: Peşəkarcasına döyüş
25.05.2022

İndi E-sports sadəcə hobbi deyil, real həyat tərzinə çevrilib, ona görə də ən yüksək nəticələr əldə etmək üçün ən yüksək keyfiyyətli və praktiki oyun qurğuları tələb olunur. Odur ki, 1999-cu ildə təsis olunan və hazırda dünyanın ən yaxşılarından biri olan, İsveçin tanınmış e-sport təşkilatı “Ninjas in Pijamas” ilə əməkdaşlıq edən oyun markası olan Xtrfy-a diqqət yetirməyi məsləhət görürük.

Yeri gəlmişkən, Xtrfy dünya şöhrətli oyunçularla əməkdaşlıq edərək öz oyun cihazlarını hazırlayır. Buna görə də, onların məhsulları sübut edilmiş texnologiyaya və ən vacib komponentə, peşəkar oyunçuların təcrübəsinə əsaslanır. Şirkətin 2013-cü ildən bəri oyun cihazları istehsal etməsi də vacibdir məqamdır.  Aşağıdakı icmalda bəzi Xtrfy məhsullarının xüsusiyyətləri haqqında məlumatlar verilmişdir.

Xtrfy K4 TKL RGB oyun klaviaturası

Xüsusiyyətləri:

  • Mexaniki düymələr
  • Uyğunlaşdırılmış RGB işıqlandırma
  • Tam Rollover N-düyməsi və 1000Hz tezliyi
  • Davamlı dizayn

Xtrfy K4 TKL RGB klaviaturası ən çətin oyunlar zamanı yüksək səviyyədə uzunmüddətli performans təmin etmək üçün nəzərdə tutulmuşdur. Metal lövhə, gücləndirilmiş PCB və korpus, eləcə də dözmülü düymələr sayəsində oyunu tam nəzarət altında saxlayır.

Xtrfy K4 TKL RGB oyun klaviaturası 88 düyməyə malikdir və ölçüsü: 141 x 356 x 39 mm-dir. Olduqca yığcam ölçüsüdə olmasına baxmayaraq, K4 TKL davamlı və sürətldir. Və onu özünüzlə götürə bilərsiniz, kiçik ölçüsü sayəsində klaviaturanı asanlıqla bel çantasına və ya çantaya yerləşdirə bilərsiz.

K4 TKL klaviaturası qırmızı mexaniki düymələeə malik olduğu üçün peşəkar oyunçular tərəfindən bəyənilib. Onun əsas xüsusiyyəti yüngül toxunuş, daha sürətli reaksiya və 70 milyon düyməyə basma müddətidir. Buna görə də, ən azı hər gün ən şiddətli döyüşləri oynaya bilərsiz.

Bundan əlavə, 1000 Hz tezliyi hər bir düymə vuruşuna dərhal cavab verməyə və qeyd etməyə imkan verir və tam N düymə vuruşu eyni anda neçə düyməyə basıldığından asılı olmayaraq sıfır düymə vuruşu deməkdir.

Xüsusiyyətləri:

  • Məhsul kodu: XG-K4-RGB-TKL-R-RUS
  • Klaviatura növü: mexaniki
  • Qoşulma növü: simli
  • Format: oyun
  • Qoşulma interfeysi: USB
  • Açarların sayı: 88 ədəd
  • Xüsusiyyətlər: RGB işıqlandırma / 16,8 milyon rəng
  • Klaviatura tərtibatı: Latın; Kiril (Rus)
  • Ölçülər (YxGxD): 141 x 356 x 39 mm
  • Rəngi: qara

Xtrfy M4 oyun mausu

 

Xüsusiyyətləri:

  • Ultraişıqlı konstruksiya
  • Unikal və patentləşdirilmiş maus forması
  • Sağ-əl dizaynı
  • Pixart 3389 oyun sensoru
  • Xtrfy EZcord

Xtrfy M4-ün orijinal görünüşü diqqəti cəlb edən ilk şeydir.  Mat UV örtüyü deşik quruluşu ilə siçan gövdəsinin əllə daha yaxşı tutulmasını  təmin edir. Yuvarlaq kənarları olan Teflon yastıqlar hamar sürüşməni təmin edir. Xtrfy M4 sağ əl üçün erqonomik dizayna malik ultra yüngül oyun mausudur. (çəkisi cəmi 69 qr). Buna görə də, mausun (siçan) forması solaxay şəxslər üçün deyil, sağ əli ilə çalışanlar üçün daha uyğundur.

Xtrfy M4 beş orijinal rəngdə mövcuddur: klassik qara, retro boz, mayami mavisi, çəhrayı və ağ. Beləliklə, oyunçu öz zövqünə və üslubuna uyğun manipulyator seçə biləcək.

M4-ün içərisində 20 milyon vuruşu (klikləmə) təmin edən Omron açarları var. Bundan əlavə, RGB işıqlandırma ilə M4-ü fərdiləşdirmək asandır. Rəng, LED effektləri və parlaqlıq parametrlərini birbaşa maus üzərində tənzimləyə bilərsiniz. Buna görə də Xtrfy-nin şüarı belədir: No soft, no hustle (Yumşaqlıq yoxdur, təlaş yoxdur!)

Pixart 3389 oyun sensoru ən yüksək performans səviyyəsinə zəmanət verir: oyun zamanı həssaslığın 400-dən 16000 DPI-a qədər tənzimlənməsi, 125-1000Hz sensor tezliyi, 400 IPS, özünü tənzimləyən FPS.

Oyun zamanı sürətli hərəkətlər yüksək sürətli işləmə tələb edir. M4, şiddətli oyun zamanı dəqiq sürət və sabitlik üçün 32 bitlik ARM mikro nəzarət cihazına malikdir. Yumşaq hərəkətləri daha da dəqiqləşdirmək üçün tərtibatçılar Xtrfy EZcord-u yaratdılar. Kabel uzunluğu 1,8 m-dir. Buna görə də, oyundakı manipulyasiyalar daha yumşaq, daha sadə və daha çevik olacaq və rəqibinizə heç bir şans buraxmayacaq.

M4 sadəcə son dərəcə yüngül olmaq üçün deyil, həm də sahibinə uzun müddət xidmət etmək üçün nəzərdə tutulub. Buna görə də, yüngül dizayna baxmayaraq, davamlı və etibarlıdır. Tərtibatçılar, həmçinin manipulyatorun komponentlərini toz və sıçrayışlardan qorumaq üçün mausun daxili hissəsini xüsusi örtüklə örtüblər.

Xüsusiyyətləri:

  • Məhsul kodu: XG-M4-RGB-BLACK; XG-M4-RGB-RETRO; XG-M4-RGB-AĞ; XG-M4-RGB-MAVİ; XG-M4-RGB-PINK
  • Məqsəd: oyun üçün
  • Qoşulma növü: simli
  • Qoşulma interfeysi: USB
  • Kabel uzunluğu: 1,8 m
  • DPI: 400/800/1200/1600/3200/4000/7200/16000 dpi
  • Oyun sensoru: Pixart 3389
  • Maksimum sürətlənmə: 50G
  • Ötürmə tezliyi: 1000Hz 125/500Hz
  • Xüsusiyyətləri: LED işıqlandırma tənzimlənməsi / UV örtüklü səth
  • OS uyğunluğu: Windows; macOS
  • Çəki: 69 q (kabelsiz)
  • Ölçülər (YxGxD): 120 x 68 x 39 mm
  • Rəng: qara; Boz; Mayami mavisi; çəhrayı; ağ.

Nəşrdən mallar
malın kodu: XG-K4-RGB-TKL-R-RUS
mövcud deyil
 
Xtrfy K4 TKL RGB keyboard is designed to deliver long-lasting performance at the highest level during a fierce game. Thanks to the metal plate, reinforced PCB and case, as well as durable key switches, the game will be under complete control.
Menyu
Malların kataloqu
Malların kataloqu